“Arka sokaklar”ın Məsuduna bıçaqlı hücum olubbackend

“Arka sokaklar”ın Məsuduna bıçaqlı hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, “Bir Baba Hamlet” oyununun nümayişi üçün İzmirə gedən aktyorla komandasına bıçaqlı insanlar hücum ediblər. Bu barədə o, tvitter mikrobloqunda məlumat verib.

“İzmirin mərkəzində hücuma məruz qaldıq. Servetin (restoran.-red) içərisində iyirmiyə yaxın bıçaqlı insan tərəfindən…Canımızı qurtardıq…İndilik…”, – deyə Çoruh yazıb.

Onun sözlərinə görə, insident küçə heyvanlarını əzməyə çalışan nəqliyyat vasitəsinin sürücüsünə müdaxilə etdikləri üçün baş verib.

Aktyor hadisədən sonra polisə şikayət edib.