Qətər əmiri Azərbaycana yeni səfir təyin edibbackend

Qətər əmiri Azərbaycana yeni səfir təyin edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Gulf Times\”a istinadən xəbər verir ki, Qətərin Bakıdakı diplomatik nümayəndəliyinin yeni rəhbəri Faysal Abdullah Hamad Abdullah əl-Henzab olub.

Bununla yanaşı, əmir imzaladığı qərarla Kosta Rika, Türkmənistan və Argentinaya da yeni səfirlər təyin edib. Qərarlar ölkənin rəsmi bülletenində dərc edildiyi andan qüvvəyə minir.

Qeyd edək ki, 2016-cı ilin oktyabrından 2018-ci ilin iyun ayına qədər Qətərin Azərbaycandakı səfirliyinə Yusuf bin Hassen əl-Saai rəhbərlik edib.