Futzal üzrə Azərbaycan millisinin oyunları üçün biletlər satışa çıxarılıbbackend

Futzal üzrə Azərbaycan millisinin oyunları üçün biletlər satışa çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futzal üzrə Azərbaycan millisinin Bakı İdman Sarayında keçirəcəyi dünya çempionatının əsas mərhələsinin oyunları üçün nəzərdə tutulan biletlər satışa çıxarılıb.

İnterpress.az-ın məlumatına görə, bütün yerlər üçün qiyməti 1 manat olan biletləri onlayn şəkildə iticket.az saytından əldə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 23-də Moldova, oktyabrın 24-də Monteneqro, oktyabrın 26-da isə Slovakiya yığması ilə qarşılaşacaq. Bütün matçlar saat 20:00-da başlayacaq. Qrupda ilk 2 yeri tutacaq komandalar elit-raunda vəsiqə qazanacaqlar