AAYDA: 1000 km-dən artıq avtomobil yolu yenidən qurulubbackend

AAYDA: 1000 km-dən artıq avtomobil yolu yenidən qurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) 2019-cu ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.

Bu barədə  AAYDA-dan bildirilib.

Qurumun İdarə Heyyətinin sədri Saleh Məmmədov qeyd edib ki, 2019-cu ilin 9 ayı ərzində ümumi uzunluğu 903,5 km olan 32 layihə üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Bura 4 respublika əhəmiyyətli, 23 kəndlərarası və 5 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri daxildir.

Hesabat dövründə respublikanın ümumi istifadədə olan avtomobil yollarında 10 yeni körpü tikilib, 12 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılıb.

İdarə Heyyətinin sədri Saleh Məmmədov əlavə edib ki, bu ilin 9 ayı ərzində Bakı şəhərində təmirə ehtiyacı olan ümumi uzunluğu 242,8 km kilometr küçə və avtomobil yollarında, habelə qəsəbədaxili yollarda əsaslı təmir işləri yerinə yetirilib.

İclas zamanı o da qeyd olunub ki, 2019-cu 9 ayı ərzində xarici kredit vəsaiti hesabına M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 km, 4 hərəkət zolaqlı), R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması (70,5 km, 2 hərəkət zolaqlı), M-5 magistral avtomobil yolunun Yevlax-Şəki hissəsinin yenidən qurulması (58,12 km, 2 hərəkət zolaqlı), R-32 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası (59,8 km, 2 hərəkət zolaqlı) layihələri üzrə işləri davam etdirilib.

Daha sonra AAYDA-nin müvafiq idarə rəhbərlərinin hesabat məruzələri dinlənilib və dövlət başçısının tapşırığına uyğun olaraq bu il ərzində 1000 km-dən artıq avtomobil yolu yenidən qurulub, bərpa və təmir olunub vətəndaşların istifadəsinə verilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.