Bakıda iki avtobus toqquşdu: Yaralılar varbackend

Bakıda iki avtobus toqquşdu: Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda iki sərnişin avtobusu toqquşub.

Səhiyyə Nazirliyindən  bildirilib ki, hadisə Yeni Ramana yolunda, Pedaqoji Kollecin yaxınlığında baş verib:

“Hadisə yerinə bir neçə təcili yardım briqadası yollanıb. Altı qadın Təcili Tibbi Yardım avtomobili, bir qadın isə şəxsi avtomobillə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar”.

Nazirlikdən qeyd edilib ki, onların vəziyyətləri orta ağır kimi qiymətləndirilir.