Estoniya hökumətindən rusiyalı baş nazir müavininə qadağabackend

Estoniya hökumətindən rusiyalı baş nazir müavininə qadağa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniya hökuməti Rusiya Baş nazirinin müavininə ölkə ərazisindən keçməyə qadağa qoyub.

REN TV-nin verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.

O bildirib ki, Rusiya Baş nazirinin müavini Yuri Borisovun olduğu təyyarənin Estoniyanın ərazisindən keçməsinə icazə verilməyib. Bu hadisə 2019-cu ilin oktyabr ayında baş verib.

M.Zaxarova əlavə edib ki, bu artıq Estoniya tərəfindən edilən üçüncü oxşar hərəkətdir.

Bu ilin aprelində “Sedov” Rusiya təlim gəmisi və noyabr ayında isə “Akademik Primakov” adına gəminin Estoniya sularına daxil olmasına icazə verilməyib.

O bildirib ki, Estoniya ilə münasibətlər qurarkən bunlar nəzərə alınacaq.