2027-ci ildən sürücülərin vəsiqələri avtomatik LƏĞV EDİLƏ BİLƏRbackend

2027-ci ildən sürücülərin vəsiqələri avtomatik LƏĞV EDİLƏ BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhlükəli xəstəlikləri olan sürücülərin vəsiqələri avtomatik ləğv ediləcək

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

2027-ci ilin martından etibarən tibb müəssisələri sürücülük üçün əks-göstəriş hesab olunan xəstəliklər barədə məlumatları birbaşa Rusiya Daxili İşlər Nazirliyinə göndərəcək.

Söhbət, xüsusilə epilepsiya, korluq və bəzi psixi pozuntulardan gedir. Məlumat daxil olduqdan sonra sürücüyə növbədənkənar tibbi müayinədən keçməsi üçün üç ay vaxt veriləcək.

Diaqnoz təsdiqlənərsə və xəstəlik avtomobil idarə etməyə imkan verməzsə, sürücülük vəsiqəsi ləğv ediləcək. Əks-göstəriş aşkarlanmadıqda isə vəsiqə qüvvədə qalacaq.

Yeni sistemin məqsədi ciddi xəstəlikləri olan şəxslərin növbəti planlı tibbi yoxlamaya qədər, yəni 10 il ərzində avtomobil idarə etməsinin qarşısını almaqdır.

Xuraman Etibarlı

İnterpress.az