Qəzəblənən ata drift edən oğlunun avtomobilini YANDIRDI – FOTO/VİDEObackend

Qəzəblənən ata drift edən oğlunun avtomobilini YANDIRDI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Blaqoveşenskdə ata hökumət binasının qarşısında drift edən oğlunun avtomobilini yandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

19 yaşlı sürücünün Lenin meydanında “Toyota Crown” avtomobili ilə drift etdiyi və nəticədə 400 min rubldan (təxminən 8 min 80 manat) çox dəyərində plitələri zədələdiyi bildirilir.

Sürücü barəsində inzibati və cinayət işi açılıb.

Hadisədən sonra 51 yaşlı ata ailənin nüfuzuna xələl gətirdiyini əsas gətirərək 1,3 milyon rubl (təxminən 26 min manat) dəyərində avtomobili dayanacağa aparıb və yandırıb.

Kişinin bu əməlinə görə 5 ilədək azadlıqdan məhrum edilə biləcəyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az