Ermənistanda sabiq baş nazirin qardaşı SAXLANILDIbackend

Ermənistanda sabiq baş nazirin qardaşı SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda sabiq baş nazir Ovık Abramyanın qardaşı saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistanın sabiq baş naziri Ovık Abramyanın qardaşı Genrik Abramyanın bu gün səhər saatlarında saxlanıldığı bildirilir.

“Ermənistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən vəzifəli şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, bu əmələ kömək etməsi, vəzifə saxtakarlığı və saxta sənəddən istifadə etməsi faktları üzrə aparılan cinayət işi çərçivəsində Ermənistanın keçmiş baş naziri X.A.-nın qardaşı saxlanılıb”, məlumatda deyilir.

Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Xuraman Etibarlı

İnterpress.az