Moskvada səkkiz avtomobilin iştirakı ilə ağır qəza baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Moskvada Kutuzovski prospektində səkkiz avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Dövlət Yol Polisi qəzanın səbəbinin avtomobillərdən birinin qarşı zolağa çıxması olduğunu bildirib.
Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Xuraman Etibarlı
İnterpress.az






