Seçkilər zamanı Rusiyada internet və mobil rabitə ilə bağlı fasilələr GÖZLƏNİLİRbackend

Seçkilər zamanı Rusiyada internet və mobil rabitə ilə bağlı fasilələr GÖZLƏNİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada seçkilər zamanı internet və mobil xidmətlərin kəsilməsi mümkündür.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat verib.

Ella Pamfilova bildirib ki, sentyabrın 18-dən 20-dək keçiriləcək seçkilər zamanı təhlükəsizlik tədbirləri ilə əlaqədar internet, mobil rabitə və məlumat ötürülməsində fasilələr yarana bilər.

O qeyd edib ki, mümkün məhdudiyyətlər səsvermənin keçirilməsinə mane olmayacaq.

Mərkəzi Seçki Komissiyası mümkün rabitə problemləri şəraitində distant elektron səsvermənin davam etdirilməsi üçün əlavə tədbirlər görüb.

Xuraman Etibarlı

İnterpress.az