Sankt-Peterburqda yaşlı qadın fırıldaqçılara 8 kiloqram qızıl və 100 milyon rubl verib
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sankt-Peterburqda yaşlı qadın özlərini xüsusi xidmət orqanlarının əməkdaşları kimi təqdim edən şəxslərin çağırışından sonra onlara 8 kiloqram qızıl və 100 milyon rubl (təxminən 2,3 milyon manat) verib.
Naməlum şəxslər qiymətli əşyalar və pulun guya “yoxlanılması” üçün təhvil verilməli olduğuna inandırıblar.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları dələduzluq maddəsi ilə cinayət işi açıb. Şübhəlilərdən biri artıq saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






