Britaniyada müharibəyə HAZIRLIQ: Vətəndaşlara konserv və su ehtiyatı toplamaq TÖVSİYƏ EDİLDİbackend

Britaniyada müharibəyə HAZIRLIQ: Vətəndaşlara konserv və su ehtiyatı toplamaq TÖVSİYƏ EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyalılar müharibə ehtimalına hazırlaşmağa çağırılır: vətəndaşlara konserv və su ehtiyatı tövsiyə edilir.

İnterpress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Böyük Britaniya hökuməti ölkədə ciddi həyat pozuntularına hazırlıq çərçivəsində vətəndaşları konservləşdirilmiş qida və içməli su ehtiyatı toplamağa, fövqəladə vəziyyətlər zamanı fəaliyyət planı hazırlamağa çağırıb.

Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, aviasiya marşalı Riçard Nayton Rusiyadan qaynaqlanan təhlükə fonunda hazırkı dövrü 35 illik hərbi xidmətində ən təhlükəli mərhələ kimi qiymətləndirib.

O, həmçinin ölkənin müdafiə və milli dayanıqlılığa hazırlığı barədə cəmiyyətlə açıq müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az