Ana və 3 yaşlı qızı üç illik köləlikdən XİLAS EDİLDİbackend

Ana və 3 yaşlı qızı üç illik köləlikdən XİLAS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada ana və 3 yaşlı qızı üç il saxlanıldıqları yerdən xilas ediliblər.

İnterpress.az xəbər verir ki, bu barədə “Alternativa” fondunun fəallarının məlumatına istinadən xəbər yayılıb.

Moskvada 40 yaşlı Olqa və 3 yaşlı qızı üç il ərzində qapalı şəraitdə saxlanıldıqları yerdən xilas ediliblər.

Məlumata görə, bu müddətdə uşaq xarici aləmlə əlaqə saxlamayıb və danışmağı belə öyrənməyib.

Əməliyyat “Alternativa” fondunun fəalları və polis əməkdaşları tərəfindən keçirilib.

Olqa iş axtarmaq üçün Düşənbədən olan və sonradan deportasiya edilən kişinin müşayiəti ilə həmin evə gəlib.

Daha sonra ana və qızı sığınacağın sahibinin nəzarətində qalıblar.

Fəalların məlumatına görə, qadınlar təsərrüfat işləri görüb və mağazalardan vaxtı keçmiş məhsullar toplayıblar. Hazırda ana və qızı könüllülərdən birinin evindədir.

Xuraman Etibarlı

İnterpress.az