Rusiyalı iş adamı “Mercedes” komandasını almaq istəyirbackend

Rusiyalı iş adamı “Mercedes” komandasını almaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı iş adamı Dmitri Mazepin və amarikalı milyarder Rocer Penske \”Formula 1\”də çıxış edən \”Mercedes\” komandasını almaq istəyir.

İnterpress.az \”Auto Bild\”ə istinadən xəbər verir ki, hələlik Almaniya təmsilçisinin 2021-ci ildə qüvvəyə minəcək yeni razılaşma müqaviləsini imzalayıb-imzalamayacağı məlum deyil. Deyilənə görə, layiqli alıcı olacağı təqdirdə, komanda satışa çıxarıla bilər.

Qeyd edək ki, geridə qalan altı mövsüm ərzində \”Mercedes\” həm fərdi yarışlarda (5 dəfə Lüis Hemilton, 1 dəfə Niko Rosberq) həm də Konstruktorlar Kubokunda çempion olub.