ABŞ-də timsah çörək mağazasına GİRDİ – VİDEObackend

ABŞ-də timsah çörək mağazasına GİRDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də timsah çörək mağazasına girərək piştaxtaya qədər gedib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ-nin Şimali Karolina ştatında təxminən bir metr uzunluğunda olan kiçik alliqator Bagel Dock Express çörək mağazasına daxil olub.

Mağaza bağlı olsa da, arxa qapı açıq qalıb. Sürünən mətbəxdən keçərək piştaxtaya qədər irəliləyib və burada mağazanın sahibi ilə qarşılaşıb. Hadisə anı videoya düşüb.

Polis və heyvanları mühafizə xidməti alliqatoru mağazadan götürüb. Mağaza rəhbərliyi isə zarafatla bildirib ki, onların simitlərinin şöhrəti bataqlığa qədər çatıb.

Xuraman Etibarlı

İnterpress.az