“Bakı Fond Birjası”nın dövriyyəsi 4% azalıbbackend

“Bakı Fond Birjası”nın dövriyyəsi 4% azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-noyabr aylarında \”Bakı Fond Birjası\” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 13 005,127 milyon manat təşkil edib.

İnterpress.az  BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4% azdır.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 5,05% artaraq 4 906 olub.

BFB-nin dövriyyəsinin 84,6%-i və yaxud 11 006,296 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 9,9% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 25,7% artaraq 941,925 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 81,2% artaraq 1 056,906 milyon manat olub.

İnterpress.az