NİYƏ MƏHZ AZAY QULİYEV?… – Rəqiblərinin onu hədəf seçmələri təsadüfi deyil!backend

NİYƏ MƏHZ AZAY QULİYEV?… – Rəqiblərinin onu hədəf seçmələri təsadüfi deyil!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbədənkənar parlament seçkisində iştirak edən elə namizədlər var ki, onların Milli Məclisdə təmsil olunmaları təkcə namizədliklərini irəli sürdükləri dairələrin seçiciləri deyil, ümumilikdə ölkə üçün əhəmiyyətlidir. Bu baxımdan 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən və 4 il bu dairəni parlamentdə layiqincə təmsil etmiş Azay Quliyevin fəaliyyəti və hazırda keçirdiyi seçki kampaniyası böyük diqqət cəlb edir. Hətta bir çox xüsusiyyətlərinə görə digərlərindən seçilir.

Seçki texnologiyasında ilk – seçicinin elektron kabineti

Hazırda aktiv şəkildə öz seçki kampaniyasını davam etdirən Azay Quliyev bir çox yeniliklər, yeni seçki texnologiyaları tətbiq edib. Belə ki, məhz A.Quliyev tərəfindən ilk dəfə seçicilərin elektron kabineti yaradılıb.Bu, deputatla seçici arasında ilk unikal kommunikasiya modelidir.

NİYƏ MƏHZ AZAY QULİYEV?... - Rəqiblərinin onu hədəf seçmələri təsadüfi deyil!

Bu model bir tərəfdən A.Quliyevin seçicilə birbaşa ünsiyyətdə, əlaqədə maraqlı olduğunu göstərir, onun hər zaman seçici üçün əlçatanlığını təmin edirsə, digər tərəfdən də ona qarşı seçici inamını, güvənini daha da artırmış olur.

Maraqlıdır ki, hətta rəqiblərindən biri A.Quliyevin bu modelini kopyalayaraq, onu tətbiq etməyə çalışıb. Lakin onun bu cəhdi uğursuz alınıb.

Rəqiblərin təxribatları effekt vermir

Bunlarla yanaşı, rəqibləri A.Quliyevə qarşı müxtəlif səpkili provakasiyalar törətməkdən çəkinmirlər. Lakin bu təxribatların qarşısı uğurla alınıb və ona atılan böhtanlar faktlarla, soyuqqanlı formada ifşa edilib. Rəqiblərin bu qədər namizədin arasında məhz A.Quliyevi seçərək hədəf götürmələri isə təsadüfi deyil.

NİYƏ MƏHZ AZAY QULİYEV?... - Rəqiblərinin onu hədəf seçmələri təsadüfi deyil!

Belə ki, rəqibləri də onun gücünə, potensialına və seçicilər arasındakı nüfuzuna kifayət qədər bələddirlər. Məhz buna görə, artıq bəzi namizədlər dairədə A.Quliyevə alternativ olmağın mənasızlığını, bunun heç bir perspektivinin olmadığını anlayaraq, vəziyyətə daha adekvat qiymət verməklə, namizədliklərini geri götürüblər.

Qalan bir çox namizədlər isə sanki gerçək seçki kampaniyasının mahiyyətini unudaraq, öz təbliğat və təşviqatlarını aparmaq əvəzinə, bütün fəaliyyətlərini A.Quliyevlə mübarizə istiqamətində qurublar. Nəticədə, seçicilər yaddan çıxıb. Hazırda, onlarla hər hansı samballı, çoxsaylı seçicinin təmsil olduğu görüşlərə rast gəlinmir. Ancaq digər tərəfdən, onların potensialı və seçicilərin onlara münasibəti nəzərə alındıqda, həmin namizədlərin davranışları, yəni seçicilərlə ünsiyyəti, görüşləri bir tərəfə qoyaraq, A.Quliyevlə müxtəlif metodlarla mübarizə aparmaq cəhdləri başadüşüləndir…

Həm seçici, həm də dövlət üçün!

A.Quliyevin keçirdiyi seçki kampaniyasına gəlincə, əvvəldə qeyd olunduğu kimi, onun fərqli seçki strategiyası mövcuddur. Təbii ki, bu strategiyanın uğur qazanmasında onun şəxsi keyfiyyətləri, cəmiyyətdəki müsbət imici, kommunikasiya və ölkə vətəndaşını inandırmaq bacarığı və ən nəhayət, deputat və ATƏT PA-nın vitse-prezidenti kimi qüsursuz fəaliyyəti mühüm rol oynayır. Məhz bu fəaliyyəti onu təkcə seçici deyil, ümumilikdə ölkənin maraqları baxımından olduqca vacib və uğurlu fiqura çevirir.

NİYƏ MƏHZ AZAY QULİYEV?... - Rəqiblərinin onu hədəf seçmələri təsadüfi deyil!

A.Quliyev rəqibləri qarşısında danılmaz və böyük üstünlüyə malik olmasına baxmayaraq, seçki təbliğatı çərçivəsində keçirilən görüşlərlə yanaşı, qapı-qapı proqramı tətbiq edildi, bütün evlərə bukletlər paylandı və seçicilər növbəti görüşlərə dəvət edildilər. Hər bir ailəyə, evə gedildi, onlarla ünsiyyət quruldu. Seçicilərlə keçirilən görüşlərdə isə problemlər dinlənildi və onların həlli istiqamətində konkret fəaliyyət planı hazırlandı.

Bir sözlə, olduqca səliqəli, müasir və peşəkar formada keçirilən seçki kampaniyası A.Quliyevin həm də yüksək təşkilatçılıq bacarığını növbəti dəfə ortaya qoymuş oldu. Bütün bunlar Azay Quliyevi 8 saylı Binəqədi birinci Seçki Dairəsinin şəksiz favoriti durumuna gətirir və seçki günü məhz seçicinin və dövlətin maraqlarına uyğun şəxsin – Azay Quliyevin qələbəsini şərtləndirir. (AzPolitika.info)

İnterpress.az