41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynova görüşlər keçirir. Amma bu görüşlərdə biabrçı hallar müşahidə olunur. Namizədə yaraşmayan formada görüşlər keçirir. Dövlət orqanlarında çalışanlar, məktəb müəllimləri, xəstəxana və polikninikada çalışan personal,bələdiyyə üzvləri,Azərişıq və Azəriqazın Sumqayıt şöbəsinin, mənzil təsərrüfat birliyinin əməkdaşları görüşlərə məcburi çağrılır.
Namizədin köməkçiləri görüşü işıqlandırmağa gedən jurnalisti təhqir ediblər və ona hücum ediblər. Jurnalist isə öz növbəsində vəsiqəsini təqdim edərək bu onun işi olduğunu qeyd edib.
Görüşə gələnlərin çoxu isə kimin görüşünə,hansı namizədin görüşünə gəldiklərini bilmirlər. Ümumiyətlə bu barədə danışmaq istəmirlər.
İddalara görə, inzibati yolla dövlət idarələrindən vətəndaşları say çoxluğu yaratsın deyə gətirirlər.
Vətəndaşları məcbur görüşə gətirən, mühafizəçilərlə görüşə gedən namizəd millətin necə vəkili ola bilər? Sakinlərlə səmimi və fərdi görüşlər keçirmək hər bir namizədin borcudu. Onların problemləriilə, qayğılarıilə, şəxsən yaxından maraqlanmalıdır.
Sözü gedən görüşdən videonu təqdim edirik: