Türkiyədə qar uçqunu nəticəsində qarın altında qalan mikroavtobusdakı iki nəfərin xilas edilməsi üçün aparılan axtarışlar zamanı növbəti faciə baş verib.
“Hürriyet” xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı aparılan zaman ərazidə növbəti qar uçqunu baş verib.
Qeyd edək ki, uçqun Van-Bahçesaray magistralının 33-cü kilometrliyində qeydə alınıb. Əraziyə əlavə qüvvələrin cəlb edilməsindən sonra qar altında qalan 30-dan çox insanın axtarışlarına başlanılıb.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu baş vermiş faciədə səkkiz nəfərin həlak olduğunu açıqlayıb.
İnterpress.az






