Suriyada 5 türk əsgəri şəhid oldubackend

Suriyada 5 türk əsgəri şəhid oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri şəhid olub, 5 nəfər isə yaralanıb.

İnterpress.az NTV-yə istinadən xəbər verir ki, məsələ ilə bağlı Milli Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama verib:

“İdlibdə qırğının qarşısını almaq, sərhəd təhlükəsizliyimizi təmin etmək, miqrasiya və insanlıq dəhşətini əngəlləmək məqsədilə bölgəyə göndərilən əsgərlərimizə rejim tərəfindən fevralın 10-u atılan top atəşi nəticəsində 5 qəhrəman silahdaşımız şəhid olub, 5 silahdaşımız isə yaralanıb”.

İnterpress.az