Vilayət Eyvazovdan yeni TƏYİNATbackend

Vilayət Eyvazovdan yeni TƏYİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər orqanlarında növbəti təyinat olub.

İnterpress.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, kapitan Rufan Həsənov Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Ağstafa RPŞ-nın DYP-nin keçmiş bölmə rəisi Ramin Bağırov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. O, sərəncama götürülüb.

İnterpress.az