Ankarada yerləşən Məhəmməd Əmin Rəsulzadə Anadolu liseyində “Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi” (AGAH) İctimai Birliyi və liseyin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin Adıyaman millət vəkili Şevket Kösə, Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Təhsil müşaviri Nəcibə Nəsibova, AGAH sədri Təbriz Raufoğlu, Liseyin direktoru Talha Kayanın açılış nitqi söylədiyi tədbirdə liseyin Azərbaycan əsilli müəllimi Murat Gülbetekinin təşkilatçılığı ilə şagirdlər tərəfindən çox hissəli bədii kampazisiya hazırlanıb.
Bədii kampazisiya çərçivəsində “Xocalı” faciəsinə həsr edilmiş teatr səhnəciyi iştirakçılara nümayiş etdirilib, AGAH-ın İdarə Heyətinin üzvü Nərmin Mirzəyeva tərəfindən “Layla, Xocalım, Layla” şeiri səsələndirilib, lisey kollektivinin Dağlıq Qarabağ hadisələrinə həsr edilmiş video çağrısının təqdimatı həyata keçirilib.