Azərbaycan Respublikasının Təhsil İnstitutunda dəyirmi masa təşkil olunub.
İnterpress.az xəbər verir ki, dəyirmi masa Sinqapurdan Azərbaycana gələn riyaziyyatçıların təcrübələrini paylaşması məqsədilə keçirilib.
Tədbirdə Azərbaycanın qabaqcıl ümumtəhsil məktəblərində riyaziyyat fənninin tədrisi ilə bağlı müəllimlərin təcrübəsi öyrənilib.
Görüşdə Bakının qabaqcıl məktəblərinin müəllimləri ilə yanaşı Biləsuvar rayonunda yerləşən Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin riyaziyyat müəllimləri – Feyruz Məmmədov və Elçin Abbasov iştirak ediblər.
Onlar V-XI siniflərdə riyaziyyat fənninin tədrisi metodikasına dair biliklərini, təcrübələrini iştirakçılarla paylaşıblar.






