Azərbaycanda hamilə qadın faciəli şəkildə öldübackend

Azərbaycanda hamilə qadın faciəli şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda qadın dəm qazından zəhərlənərək ölüb.

APA-nın məlumatına görə, hadisə Saray qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Allahverdiyeva Mahizər Bayraməli qızı fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.

35 yaşlı qadının hamilə olduğu bildirilir.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az