ABŞ-da qadın itlə evləndibackend

ABŞ-da qadın itlə evləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Var-dövlətinin həyat yoldaşına qalmasını istəməyən məşhur amerikalı kinoprodüser Rocer Dorkas vəsiyyətində varisi qismində sevimli itini qeyd edib.

“Daily People” xəbər verir ki, onun ölümündən sonra məlum olub ki, R.Dorkasın iti 65 milyon dolların sahibi olub, həyat yoldaşına isə bir sent belə qalmayıb.

Bu vəziyyətlə barışmayan qadın məhkəməyə baş vuraraq həyat yoldaşının ölümündən qabaq vəsiyyətini dəyişmək istədiyini bildirib. Lakin hakimlər onun sözlərinə inanmayıb.

Buna baxmayaraq, qadın pulu ələ keçirmək üçün başqa yollar axtarmağa başlayıb.

Məlum olub ki, itə sahibindən qalan vəsaitləri xərcləmək üçün onun ABŞ vətəndaşı olmasını təsdiqləyən sənəd tələb olunur.

Bunu görən qadın itə müvafiq sənəd çıxartdırıb, sonra isə ona ərə gedərək 65 milyon dolların sahibi olub.

İnterpress.az