Partiyanın Divan üzvü Razim Əmiraslanlı İnterpress.az-a bildirib ki, nizamnaməyə uyğun olaraq Qadınlar Birliyi ilə bağlı tədbir görüləcək: “Ancaq hələlik gündəlikdə bu məsələ yoxdur”.
Razim Əmiraslanlının sözlərinə görə, qərar verilən müddətə qədər Qadınlar Birliyini şura idarə edə bilər.
Ellada Məmmədli isə bildirir ki, partiyadan uzaqlaşdırılması ilə bağlı başqan tərəfindən imzalanan rəsmi sənəd tələb edir: “Rəhbərliyin məni çıxartmaq üçün tələsdiyi tabeçiliyində olanların həvəsli çıxışlarından bəlli olduğu məlum olur. Amma o qədər də həvəsli olmasınlar. Mənə partiya başqanı tərəfindən imzalanmış, rəsmi, möhürlü sənəd verməsələr, mən onları məyus edərək Qadınlar Birliyinin sədri kimi fəaliyyət göstərəcəyəm”.
Elnarə KƏRİMOVA
İnterpress.az