“20 yaş çellenci” ilə bağlı xəbərdarlıqbackend

“20 yaş çellenci” ilə bağlı xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömər Fateh Sayan vətəndaşlara “20 yaş çellenci” ilə bağlı xəbərdarlıq edib.

Bu barədə o “Twitter” hesabında yazıb.

Sayanın sözlərinə görə, fərdi məlumatları və üz ifadələrini təkrarlayan “çelenc”lər vizual məlumatların hazırlanması üçün zəmin yaradır.

O, insanları bununla bağlı diqqətli olmağa çağırıb:

“Şəxsi məlumatlarımız bizi konkret və ya müəyyənləşdirən, bizi tanıdan və bizə məxsus olan məlumatlarımızdır. Bu səbəbdən də şəxsi məlumatlarımızı qoruyarkən, xüsusən də sosial mediada paylaşarkən daha diqqətli olmalıyıq”.

Qeyd edək ki, sözügedən “çelenc” ölkəmizdə də populyarlaşıb.

İnterpress.az