Rusiya Srebrenitsa soyqırımını veto etdibackend

Rusiya Srebrenitsa soyqırımını veto etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qərara Şura üzvü olan 10 ölkə “bəli” dediyi halda, 4 ölkə bitərəf qalıb.

Beynəlxalq məhkəmələr Srebrenitsa hadisələrini soyqırım olaraq dəyərləndirib.

Xatırladaq ki, 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirilib.

Rusiya Srebrenitsa soyqırımını veto etdi

Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədilib. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilib. Serb ordusuyla yanaşı, \”Əqrəblər\” adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak edib.

Rusiya Srebrenitsa soyqırımını veto etdi

BMT-nin Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq soyqırımın qarşısını almaq mümkün olmayıb.

Rusiya Srebrenitsa soyqırımını veto etdi

Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliamdır. Bu soyqırım həm də II dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır.

Rusiya Srebrenitsa soyqırımını veto etdi

İnterpress.az