Rasimi müayinə edən həkimin təzadlı açıqlaması – 3 ilədək həbs edilə bilərbackend

Rasimi müayinə edən həkimin təzadlı açıqlaması – 3 ilədək həbs edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

S.Əliyev açıqlamasında Raskimin xəstəxanaya daxil olarkən laborator, rentgen, ultrasəs və travmotoloji müayinələrdən keçdiyini, yoxlamalar zamanı yalnız iki qabırğa sınığına rast gəldiklərini bildirib.

Həkimin “adətən müayinə zamanı bir şey aşkar olunmadıqda, xəstəni nəzarətdə saxlayırıq ki, əvvəl etdiyimiz müayinələri yenidən təkrar edək” cümləsindən belə məlum olur ki, müayinə zamanı xəstədə heç bir şey aşkar olunmayıb və Rasim Əliyevi xəstəxanada sadəcə nəzarət üçün saxlayıblar.

Həkimin açıqlamasının digər hissəsində isə aydın olur ki, Rasimin vəziyyəti pisləşdikdən sonra əməliyyata qaldırılıb, yalnız əməliyyat zamanı onun dalağının dağılması müşahidə olunub. Bundan əlavə həkimlər Rasimin mədəaltı vəzinin quyruğunun partladığını və qarnında litr yarımdan çox qan olduğunu görüblər.

Saday Əliyev bildirir ki, əməliyyat zamanı xəstədə nəfəs çatışmazlığı problemi də ortaya çıxıb. Bu açıqlamalarından sonra həkim əlavə edir ki, jurnalistin ölümündə heç bir həkim səhlənkarlığından söhbət gedə bilməz.

Bu zaman ortaya sual çıxır: əgər Rasim bütün müayinələrdən keçib və daxilində ölüm təhlükəsi daşıyan Rasimdə heç bir şey aşkarlanmayıbsa, bu kimin məsuliyyətsizliyidir?

Yox, əgər həkimlər məsuliyyətli davranıb müayinəni dərindən etmişdilərsə, bəs əməliyyat zamanı ortaya çıxan problemləri niyə əvvəlcədən görməmişdilər?

Burada iki məsələ ortaya çıxır:

1. Ya müayinəni edən həkimlər məsuliyyətsizlik edib, işlərini dərindən görməyiblər;

2. Ya da bütün bunlardan xəbərdar olan Saday Əliyev xəstəyə müdaxiləni gecikdirib və xəstəyə vaxtında olunmayan müdaxilə onun həyatı bahasına başa gəlib.

Bəs Rasimin ölümünə səbəb olan həkimlərə hansı cəza verilə bilər?

Hüquqşünas Adəm Məmmədov AzNews.az-a açıqlamasında xəstənin ölümünə səbəb olan həkimin 3 ilədək həbs edilə biləcəyini deyir. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 142-ci maddəsində “Xəstəyə kömək göstərməmə” maddəsi var ki, həkimin əməli sübuta yetirilərsə, o bu maddəylə cinayət məsuliyyətinə cəlb edilə bilər: “Bu maddə sırf həkimin peşə fəaliyyətinə aiddir. Əgər jurnalistin ölümündə Saday Əliyevin günahar olduğu sübuta yetirilərsə, onun xəstəyə etinasız yanaşdığı aşkar olunarsa, o, 3 il həbsdən əlavə, həkimlik fəaliyyətindən də məhrum ediləcək. Lakin bu barədə qərar ancaq ekspertizanın rəyindən sonra verilə bilər”.

Bu zaman ortaya sual çıxır: əgər Rasim bütün müayinələrdən keçib və daxilində ölüm təhlükəsi daşıyan Rasimdə heç bir şey aşkarlanmayıbsa, bu kimin məsuliyyətsizliyidir?

Yox, əgər həkimlər məsuliyyətli davranıb müayinəni dərindən etmişdilərsə, bəs əməliyyat zamanı ortaya çıxan problemləri niyə əvvəlcədən görməmişdilər?

Burada iki məsələ ortaya çıxır:

1. Ya müayinəni edən həkimlər məsuliyyətsizlik edib, işlərini dərindən görməyiblər;

2. Ya da bütün bunlardan xəbərdar olan Saday Əliyev xəstəyə müdaxiləni gecikdirib və xəstəyə vaxtında olunmayan müdaxilə onun həyatı bahasına başa gəlib.

Bəs Rasimin ölümünə səbəb olan həkimlərə hansı cəza verilə bilər?

Hüquqşünas Adəm Məmmədov AzNews.az-a açıqlamasında xəstənin ölümünə səbəb olan həkimin 3 ilədək həbs edilə biləcəyini deyir. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 142-ci maddəsində “Xəstəyə kömək göstərməmə” maddəsi var ki, həkimin əməli sübuta yetirilərsə, o bu maddəylə cinayət məsuliyyətinə cəlb edilə bilər: “Bu maddə sırf həkimin peşə fəaliyyətinə aiddir. Əgər jurnalistin ölümündə Saday Əliyevin günahar olduğu sübuta yetirilərsə, onun xəstəyə etinasız yanaşdığı aşkar olunarsa, o, 3 il həbsdən əlavə, həkimlik fəaliyyətindən də məhrum ediləcək. Lakin bu barədə qərar ancaq ekspertizanın rəyindən sonra verilə bilər”. ( aznews.az )

İnterpress.az