Rusiyada bank rəhbəri 1 milyard rubl oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
FTX əməkdaşları “Snejinski” bankının rəhbəri Fyodor Boqdançikovu 1 milyard rubl (təxm. 21 milyon 708 min man.) oğurlamaqda şübhəli bilərək saxlayıblar.
İstintaq hesab edir ki, o, ödənişlərin məbləğlərinin süni şəkildə şişirdilməsi və ya qondarma şəxslərə kreditlərin verilməsi sxeminə rəhbərlik edib.
Bu sxem üzrə Dom.RF bankından bir milyard rubldan çox pul oğurlana bilərdi.
İndi kommersiya rüşvətxorluğu maddəsi ilə iş açılıb.
Xuraman Etibarlı
İnterpress.az