Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi sosial mediada trend olubbackend

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi sosial mediada trend olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi dünya ictimaiyyətinin diqqətindədir.

İnterpress.az xəbər verir ki, ABŞ-nin sosial şəbəkə monitorinqi və təhlili üzrə aparıcı proqramı “Talkwaker”in hesablamasına əsasən, tədbir #IAC2023 həştəqi ilə sosial media platformalarında trendə çevrilib.

Məlumata görə, konqres həmçinin sosial şəbəkədə “top tədbirlər” siyahısına liderlik edir.

Xatırladaq ki, oktyabrın 2-də Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayıb. Bu nüfuzlu tədbirə Bakı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə – 1973-cü ildə ev sahibliyi edib. 50 ildən sonra konqres yenidən Azərbaycanda keçirilir.

136 ölkədən 5 300-dən artıq nümayəndənin iştirak etdiyi beynəlxalq tədbir oktyabrın 6-dək davam edəcək.