Qərbi Azərbaycanın Barana rayon icmasının ümumi yığıncağı keçirilibbackend

Qərbi Azərbaycanın Barana rayon icmasının ümumi yığıncağı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının qərargahında Barana rayon icmasının ümumi yığıncağı keçirilib. İlk öncə Barana rayon icmasının sədri Osman Hacıyevin hesabatı dinlənilib. Sonra Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri Əziz Ələkbərli çıxış edərək ölkəmizin ictimai- siyasi həyatından və “Qayıdış Konsepsiyası”na uyğun olaraq qarşıda duran vəzifələrdən bəhs edərək öz tövsiyyələrini verib. Daha sonra tədbir çıxışlarla davam edib. 

İnterpress.az