Hindistanda Londona uçan “Air India” aviaşirkətinə məxsus Boeing 787-8 Dreamliner sərnişin təyyarəsi qəzaya uğrayıb.
İnterpress.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Cümə axşamı, iyunun 12-də Hindistanın Qucarat ştatının Əhmədabad hava limanı yaxınlığında təyyarə qəzası baş verib. Təyyarə yaşayış massivinə düşüb.
NDTV-nin məlumatına görə, qəza yerinin üzərində qalın tüstü sütunu qalxır.
Təyyarənin növü və mümkün qurbanlar barədə məlumat hələ dəqiqləşdirilir.
Təyyarədə12 ekipaj üzvü olmaqla, 242 sərnişin olub.
Xuraman Etibarlı
İnterpress.az