Gəncə şəhərində bədbəxt hadisə baş verib.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, 1996-cı il təvəllüdlü, Gəncə şəhər sakini Qürbət Bayramov “Abad” Ticarət Mərkəzinin ərazisində aparılan təmir-bərpa işləri zamanı yıxılıb.
O, beyin sümüyünün açıq sınığı, kəllə beyin qansızması ilə nəticələnən xəsarət alıb.
Q.Bayramov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
İnterpress.az