Ölkələrin maraqlı qaydalarıbackend

Ölkələrin maraqlı qaydaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saqqız qadağası – Sinqapur

Sinqapurda ilk vaxtlar Tipitip adlı şirkətə aid saqqızların satışının qadağan olunması ilə birlikdə başlayan saqqız narazılığı zamanla elə bir hala gəldi ki, ölkədə saqqız almaq və istifadə etmək hüquqi qaydalarla tənzimlənməyə başladı. 1994-cü ildə çıxarılmış qanuna görə, ölkədə insanlar yalnız həkim resepti ilə saqqız ala bilərlər. Sinqapur vətəndaşları bu vəziyyətdən narahat olmadıqlarını deyir.

Körpə yüyürüklərinə qadağa – Kanada

Kanadada 1994-cü ildə Səhiyyə Nazirliyinin yaydığı açıqlama, ölkədə maraqlı bir qadağanın leqallaşdırılmasına yol açdı. Səhiyyə nazirliyinin uşaq yüyürükləri haqqında \”uşaqlar üçün təhlükə kəsb edir, uşaqların çıxa bilmədikləri yerlərə çatmasını təmin edib, eyvan və pilləkən kimi yerlərdən düşmə ehtimalını artırır\” şəklində bəyanat verməsi nəticəsində hökumət yüyürüklərin istehsalını, satışını və istehlakını qadağan edib. Yüyürüklərin uşaqların zehni inkişaflarının təbii axarını pozduğunu da müdafiə edən Kanada hökuməti əgər bir şəkildə bu yüyürükləri istifadə edən olsa, yüksək pul cəzaları ödəməli olması qanununu təsdiq etdi.

Alt paltara qadağa – Rusiya

Rusiyanın da daxil olduğu Avrasiya Birliyi ölkələrinin bir qismində krujevalı alt paltarlarının istifadə edilməsi qadağandır. Hər nə qədər istifadəsinin yoxlanılması qeyri-mümkün olduğu üçün qanun təsirli olmasa da, qadağa qanunlarda varlığını qoruyur. Krujevalı alt paltarlarının qadağan olmasının əsas səbəbi isə rütubət sovurma xüsusiyyətinin pambıqlı alt paltarlarına nisbətən aşağı olması.

Oyun qadağası – Yunanıstan

Yunanıstanda, yavaş-yavaş təsiri qırılmağa başlansa da, bir vaxt dəbdə olan kompüter oyunları oynamaq qadağası var. Çıxarılan qumar qanunu çərçivəsində yalnız ictimayi istifadə edildiyi üçün kompüter, \”xbox və playstation\” oyunlarının dövlətə açıq sahələrdə oynanılması qadağan olunmuşdur. Sürətli bir şəkildə qüvvəyə minən qanun ölkədə o qədər təsirli oldu ki, bir çox internet kluba basqınlar edilərək kompüterlər müsadirə edildi. Ölkədə hələ də dolayı da olsa, kompüter, cinayət aləti kimi məhkəmə işlərində yer alır.

Çubuqlu nabat qadağası-ABŞ

ABŞ-ın Vaşinqton ştatında çubuqlu şirni nabat qəti qadağandır. Qadağanın əsas səbəbi, uşaqlar üçün təhlükəli olması və boğaz borusunu bağladığı üçün çox sayda ölümə səbəb olması olsa da, insanlar səbəbin tək bunun olmasına heç cür inanmırlar. Eyni şəkildə, Vaşinqton qanunlarında ailəsi varlı olan insanlarla zarafat etmək də ciddi cinayətlər arasında yer alır.

Qumar qadağası – Monako

Dünyanın qumar paytaxtı kimi tanınan Monakoda maraqlı bir qadağa var. İnsanların xüsusilə qumar oynamaq üçün getdiyi, milyon dollarlıq investisiyalarla lüks qumarxanaların açıldığı bu ölkədə Monako vətəndaşlarının qumar oynaması qətiyyən qadağandır. Hətta xalq bu lüks qumarxanaların qapısından içəri belə keçə bilmir.

Göyərçin saxlama qadağası – İtaliya

İtaliyanın bir çox şəhərində qüvvədə olan bu qadağa xüsusilə Venesiyada mürtəce qaydalarla həyata keçirilir. Göyərçin ifrazatları tarixi abidələrə zərər verdiyi və bu səbəblə də tətbiq olunan bu qadağaya riayət edilməməsi təqdirdə isə adamlara 400 – 500 avro pul cəriməsi tətbiq olunur.

İnterpress.az