İnterpress.az xarici mənbəyə istinadən xəbər verir ki, Dünya Bankı tərəfindən dünən nəşr olunan hesabatda, iqlim dəyişikliyinin önümüzdəki 15 il içində ən çox Səhra Altı Afrika və Cənubi Asiyada təsirli olacağı qeyd olunub.
Araşdırmaya görə, iqlim dəyişikliyi 2030-cu ilə qədər Afrikanın geniş təbəqələrində qida maddələri qiymətlərinin artımına səbəb olacaq. Buna bağlı olaraq yoxsulluq və qeyri-kafi qidalanma artacaq. 2-3 dərəcəlik qlobal temperatur artımı malyariya xəstəliyini genişləndirəcək. Malyariyaya yoluxanların 150 milyon nəfər artacağı ehtimal edilir.
Dünya Bankı ekspertləri, ssenarinin qarşısını almaq üçün bir sıra təklif sıraladı. İnkişaf hədəfləri müəyyən edərkən iqlim dəyişikliyi amilinin nəzarətdə saxlanılması istənib. Bu çərçivədə sel fəlakətləri ilə daha yaxşı mübarizə aparmaq məqsədilə drenaj kanallarının qazılması lazım olduğu vurğulanıb.
BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP21), 31 Noyabr – 11 Dekabr 2015-ci il tarixləri arasında Parisdə keçirilməsi planlaşdırılır. Parisdəki zirvənin ən həlledici mövzularından birini iqlim dəyişikliyinin təsirləri ilə mübarizə etmək üçün yoxsul ölkələrə maliyyə yardımının təmin olunması təşkil edir.
Parisdə keçiriləcək sammitin digər bir mürəkkəb tərəfi isə, ölkələrin könüllü olaraq azaltmağı öhdəlik götürdükləri istixana qazı emissiya nisbətləri ilə qlobal istilik artımının 2 dərəcə ilə məhdudlaşması hədəfinin tutulmasının mümkün olmamasıdır.
Almaniya Federal Ətraf Mühit Naziri Barbara Hendriks, daha əvvəl verdiyi açıqlamada, ayrılan məbləğlərlə qlobal istiləşmənin ancaq 2,7 dərəcə ilə məhdudlaşdırıla biləcəyini xəbərdarlıq etmişdi.
İnterpress.az