İnterpress.az xəbər verir ki, Noyabr ayının 28-29 – da İstanbulda Yunus Emrə institutunun təşkilatçılığı və Türk Dil Qurumunun yardımı ilə \”I millətlərarası Qafqaz türkoloqları çalışma toplantısı\” keçirilib. Toplantıya Türkiyə, Azərbaycan, Gürcüstan və Quzey Qafqaz (Dağıstan, Çeçenistan, Kabarda-Balkariya, Qaraçay-Çərkəz) türkoloqları dəvət edilmişdilər. Toplantıya Azərbaycan Dil Qurumunun başqanı, xalq şairi Sabir Rüstəmxanlı da dəvət edilmişdi. S.Rüstəmxanlının saytımıza verdiyi məlumata görə, Türkiyə-Rusiya arasında yaşanan gərginlik üzündən Quzey Qafqaz alimlərini toplantıya qatila bilməyiblər: “Türkiyə, Azərbaycan və Gürcüstan bir çox qurumları və universitetlərin Türkologiya bölümlərini təmsil edən görkəmli türkoloq alimlərlə təmsil olunurdular.Toplantıya Azərbaycan Dil Qurumunun başqanı kimi mən də dəvət edilmişdim.”
Xalq şairi onu da əlavə etdi ki, toplantının açılışından sonra Yunis Emre İnstitutunun, Türk Dil Qurumunun, Türkiyə Yüksək Öğrətim Kurulunun (Yüksək Təhsil Kurumu-YÖK), Türkiyə \”Yurtdışı Türklər və Akraba Topluluklar Başkanlığının (TİKA), Türk İşbirliyi və Kordinisyonunun, Milli Egitim Bakanlığının Qafqaz Türkolojisinə yönəlik fəaliyyətləri barədə məruzələri dinlənildi. Ardınca toplantıya gələn qonaqlar ayrı-ayrılıqda hər biri bu sahədə gördükləri işlər barədə bilgi verib, elmi fəaliyyətlərini təqdim etdilər: “Toplantının sonrakı müzakirələri Azərbaycan və Gürcüstan Masaları ətrafında aparıldı. Türkiyəli həmkarların da qatıldığı bu masalarda konkret olaraq ikitərəfli iş birliyinin saxlanılması və ilişkilərin genişləndirilməsi məsələləri müzakirə edilib, dəyərləndirmə raportları hazırlanıb. Bizim raportda Azərbaycan və Türkiyə Cümhuriyyətlərinin bütün ilgili qurumlarının bu sahədə gördükləri işlərin kordinasiyasının, hər iki ölkədə ortaq mətnlər üzərində birgə çalışmanın, ortaq internet sistemi qurulmasının, ali məktəb diplomlarının qarşılıqlı tanınmasının, Türkcə təhsil verən məktənblərin artırılmasının, Azərbaycan Orta məktəblərində imkan daxilində Türkiyə türkcəsinin tədrisinin, tələbə və müəllim mübadiləsinin gərəkli və zəruri olması vurgulanmışdır. Bundan əlavə ortaq əlifba, ortaq ünsiyyət dili, ortaq terminoloji çalışmalar, türkoloji sahədə uğurlu fəaliyyətlərin dünyada təbliği, türkoloqları birləşdirən bir qurumun yaradılması kimi məsələlərdə də ümumi razılıq əldə edildi. Qarşıdakı iki ildə bu 2-cİ, 3-cü toplantıların öncə Azərbaycanda, sonra Gürcüstanda keçirilməsi qərarlaşdırıldı. İki masanın hazırladığı raportlar əsasında Toplantının yekun qərarnaməsi qəbul edildi”.
İnterpress.az