Qaqauziyanın rəhbəri iyunun 13-dək ev dustaqlığında qalıb.
İnterpress.az xəbər verir ki, Kişinyov Apellyasiya Məhkəməsi Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu iyunun 13-dək ev dustaqlığında saxlayıb.
Bu qərar çərşənbə günü, mayın 21-də verilib.
Kişinyov Apellyasiya Məhkəməsi müdafiə tərəfinin hökmə yenidən baxılması ilə bağlı vəsatətini rədd edib.
“Apellyasiya Palatasının hakimləri Yevgeniya Qutsulun vəkillərinin ev dustaqlığının ləğvi ilə bağlı vəsatətini rədd edib”, – Moldovanın “Kanal 5” Tg kanalında yazıb.
Muxtariyyət rəhbərinin vəkili Sergey Morarunun sözlərinə görə, Qutsulun ev dustaqlığının uzadılması qərarı qanunsuzdur və müdafiə tərəfinin dəlilləri təhlil edilməyib.
Martın 25-də Qutsul Kişinyov hava limanında saxlanılıb. Daha sonra Qaqauziya rəhbəri 20 sutka həbs edilib və aprelin 9-da məhkəmə onun barəsində seçilmiş həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.
Xuraman Etibarlı
İnterpress.az