İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, 2016-cı il Prezident Seçkilərində Respublikaçı Partiyanın favorit namizədlərdən Donald Tramp, Müsəlmanların qlobal cihadı dəstəklədiyini iddia edib, bütün Müsəlmanların ABŞ-a girişinin qadağan olunması çağırışı etdi. Tramp, yaydığı yazılı açıqlamada \”Amerikanı yenidən böyüdün\” başlığı atarkən, \”Millət Vəkilləri nələr baş verdiyini anlayana qədər ABŞ-ın qapıları Müsəlmanların girişinə tamamilə bağlanmalıdır\” çağırışı etdi.
ABŞ-dakı Müsəlmanların böyük əksəriyyətinin Amerikalılara \”nifrət etdiyini\” irəli sürən Tramp, \”ABŞ-da yaşayan Müsəlmanların 51 faizi şəriətlə idarəedilmənin üstünlüyünün təqdim olunmasını istəyir\” iddiasını edib.
Interpress.az