“Sönməyən çıraqlar – Qafan müəllimləri” kitabı təqdim olunub – FOTOLARbackend

“Sönməyən çıraqlar – Qafan müəllimləri” kitabı təqdim olunub – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tənzilə Rüstəmxanlı “Sönməyən çıraqlar – Qafan müəllimləri” kitabının təqdimatında iştirak edib.

İnterpress.az xəbər verir ki, oktyabrın 14-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qafan rayonunun müəllimlərinə həsr olunmuş “Sönməyən çıraqlar – Qafan müəllimləri” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı da iştirak edib.

Qərbi Azərbaycanın təhsil tarixində iz qoymuş müəllimlərin həyat və fəaliyyətinə həsr olunan kitab pedaqoji irsin qorunması, gələcək nəsillərə çatdırılması və tarixi yaddaşın yaşadılması baxımından əhəmiyyət daşıyır.

Nəşr Qafan rayonunda fəaliyyət göstərmiş müəllimlərin xatirəsinin yaşadılmasına, onların təhsil sahəsindəki xidmətlərinin tanıdılmasına və milli-mənəvi dəyərlərin qorunmasına töhfə verir.