Rusiyada keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs meyiti turşu ilə məhv etməyə çalışıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Tümen vilayətində keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən kişi qadının meyitini kükürd turşusu ilə örtərək meşədə basdırıb.
İstintaqın versiyasına görə, şübhəli qadına bir neçə dəfə atəş açıb.
Daha sonra meyiti avtomobilin baqajına qoyaraq meşəyə aparıb və içərisində meyit olan çəlləyə kükürd turşusu töküb.
Xuraman Etibarlı
İnterpress.az






