BMT-dən Misir və Krım tənqidibackend

BMT-dən Misir və Krım tənqidi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Simyonoviç, 10 dekabr İnsan Haqları Günü ərəfəsində keçirdiyi mətbuat konfransında BMT-nin Misirdə baş verən \”insan hüquqları pozuntuları ilə hüququn suverenliyinə və müdafiəsinə etibar edilməməsi\”-nə qarşı narahatlıqlarını müxtəlif vasitələrlə ifadə etdiyini xatırlatdı.
Ərəb Baharının insan haqlarını geniş şəkildə pozduğunun göründüyü bir vəziyyətlə başa çatmasından duyduğu kədəri dilə gətirən Simyonoviç, Misirdə son illərdə verilən kütləvi ölüm hökmlərinin hüquqi dövlət standartları və meyarları ilə uyğun gəlmədiyini qeyd edib.
BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığının keçmişdə Qahirədə ofis açmaq planları olduğunu xatırladan Simyonoviç, bu planın artıq qüvvədə qalmadığını bildirib. Simyonoviç, hər bir halda ölkədəki vəziyyətdən xəbərdar olmağa davam edəcəklərini vurğulayıb.

Simyonoviç, Rusiyanın birtərəfli ilhaq etdiyi Krımda, Krım Tatarlarının məruz qaldığı cinayətlərə qarşı araşdırmaların, cinayətkarları müəyyən edib cəzalandırma məsələsində nəticəsiz qalmasını tənqid etdi.
Krım Tatarlarına aid mətbuat orqanlarının bağlanması ilə Krım Tatarlarının fəxri lideri Mustafa Əbdülcəmil Kırımoğlu və Krım Tatar Milli Məclisinin Sədri Refat Çubarovun yarımadaya qayıtmasına icazə verilməməsi, narahatlıq yaratmaqda davam etdirdiyini bildirən Simyonoviç, Krım Tatarları üçün yarımadaya ərzaq və elektrik göndərilməsinə mane olanların da gərginliyi artıdığını ifadə etdi.
\”Amma Yarımdanın ümumi vəziyyəti mənfi təsir göstərir və Krım ilə Ukrayna arasındakı məsafəni artırır\” deyə Simyonoviç danışdı.
Ukrayna qitəsindən Krım yarımadasına keçid bölgəsi olan Xersonda, elektrik ötürücü xətlərində meydana gələn partlayışlar səbəbindən 22 noyabrda Krım elektriksiz qalmışdı. Dağıdılan ötürücü xətlərinin olduğu bölgəni mühasirə altına alan Krımlı aktivistlər, yarımadaya elektrik cərəyanı göndərilməsinə mane olmuşdu.

Interpress.az