Yəmən Prezidenti 7 gün atəşkəs istəyirbackend

Yəmən Prezidenti 7 gün atəşkəs istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki, Yəmən Prezidenti Əbdurabbu Mansur Hadi, BMT Baş Katibi Pan Gimun və BMT Təhlükəsizlik Şurasına (BMTŞ) ünvanladığı məktubda, Yəmən hökuməti olaraq danışıqlara hazır olduqlarını bildirərək, ölkədə daha çox qan axmaması və müzakirələrə zəmin hazırlaması məqsədilə atəşkəs elan etməyi düşündüklərini qeyd edib.
Müzakirələrin başlanma tarixi olan 15 dekabrdan etibarən 7 günlük atəşkəs elan etmək niyyətlərini Səudiyyə Ərəbistanı rəhbərliyi ilə koalisiya qüvvələrinə çatdırdıqlarını ifadə edən Hadi, Husilərin də tabe olması halında atəşkəsin avtomatik olaraq yenilənəcəyini açıqladı.

İnterpress.az