Netanyahu Mossad Kəşfiyyat Xidmətinə  müşavir təyin etdibackend

Netanyahu Mossad Kəşfiyyat Xidmətinə müşavir təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail baş nazirin ofisindən verilən yazılı açıqlamaya görə, Netanyahunun yaxın iş yoldaşı kimi tanınan və 2013-cü ildən bu yana, ona milli təhlükəsizlik müşavirliyi edən Koen, 2011-ci ildən bəri Mossad Kəşfiyyat Xidmətinin sədrlik edən Tamir Pardodan yanvar ayında vəzifəni təhvil alacaq.

Netanyahu təyinat ilə bağlı verdiyi bəyanatda, \”Mossad Kəşfiyyat Xidmətininin yeni sədri kimi Koenin qarşısında duran vəzifələrdən ən mühüm üçü bunlardır: İsrailə qarşı təhdidlərin aradan qaldırılması, kəşfiyyat məlumatı toplama fəaliyyətində kiber və inkişaf etmiş yeni texnologiyalara uyğunlaşma, Ərəb və Müsəlman ölkələri də daxil olmaqla, diplomatik ünsiyyət üçün şərait yaratması\” dedi.

Mossada 1982-ci ildə qəbul edilən 54 yaşlı Koen, 2011-ci ildən 2013-cü illər arasında Mossad Kəşfiyyat Xidmətininin sədr müavini işləyib. İsrail mətbuatı, Mossad Kəşfiyyat Xidmətinin yüksək səviyyəli vəzifələrdə olan Koenin xarizmatik şəxsiyyətinin önə çıxdığını yazdı.
İştirak etdiyi bəzi əməliyyatlardan dolayı İsrail Müdafiə Mükafatını alan Koen, 2013-ci ildən bəri Milli Təhlükəsizlik Şurasının sədri olaraq Netanyahuya milli təhlükəsizlik müşavirliyi edirdi.
O, rəsmi olaraq 18 sentyabr 1947-ci ildə yaradılan və mərkəzi İsrailin paytaxtı Təl-Əvivdə yerləşən Mossad Kəşfiyyat Xidmətinin, xarici kəşfiyyat məsələlərində xidmət edir.

İnterpress.az