Əl-Şəbab lideri ABŞ hücumunda öldürüldübackend

Əl-Şəbab lideri ABŞ hücumunda öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Pentaqon Sözçüsü Piter Kuk verdiyi yazılı açıqlamada, \”Müdafiə Nazirliyi, Ukaş olaraq bilinən, Əl-Qaidə əlaqəli Əl-Şəbab təşkilatının yüksək səviyyəli liderlərindən Əbdürrəhman Sanderənin, 2 dekabrda, Amerika ordusunun Somalidə təşkil etdiyi hava hücumunda öldürüldüyünü təsdiq edir\” dedi.

Kuk, xüsusilə Sandherənin hədəf alındığı hücumda Əl-Şəbabla əlaqəli digər iki nəfərin də öldürüldüyünü bildirib.
\”Ukaşın\”-ın aradan qaldırılmasının, təşkilata mühüm bir zərbə vurduğunu və bunun Amerikan kəşfiyyatı, ordusu və hüquq-mühafizə orqanlarının gərgin işinin məhsulu olduğunu qeyd edən Kuk, ABŞ-ın Əl- Şəbab və digər terror təşkilatlarına qarşı əlindəki maliyyə, diplomatik, xüsusi xidmət və hərbi bütün imkanları istifadə etməyə davam edəcəyini vurğulayıb.

Interpress.az