Tornadolar yola çıxırbackend

Tornadolar yola çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ancaq Suriya hava məkanındakı qarışıqlıq, toqquşma narahatlıqlarını yenidən gündəmə gətirdi.
Almaniyanın İŞİD terror təşkilatı ilə mübarizəyə qatılmaq üçün nəzərdə tutduğu altı ədəd Tornado tipli kəşfiyyat təyyarələrinin bir qismi bu gün Türkiyəyə doğru yola çıxır. Bu təyyarələrin qısa bir müddət içərisində də İncirlikdən Suriya üzərindəki missiyasına başlaması planlaşdırılır. Ancaq Suriya hava məkanı üzərindəki mürəkkəb vəziyyət bəzi narahatçılıqları də bərabərində gətirir.

Sol Partiyanın müdafiə mütəxəssisi Aleksandr Neu, Suriya hava məkanında toqquşma təhlükəsinin artdığını söylədi. \”Tagesschau.de\” xəbər portalına açıqlama verən Aleksandr Neu, Suriya hava məkanında ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya, Rusiya və Suriyaya aid döyüş təyyarələri, vertolyotlar və pilotsuz hava vasitələrinin uçuşuna diqqət çəkdi. Bunlar arasında lazımi koordinasiyanın olmadığına işarə edən Neu, bunun toqquşma ehtimalını artırdığını vurğulayıb.

Almaniya Baş Nazirinin Müavini Siqmar Qabriel, Vyana prossesində Suriya üçün bir siyasi həllə varana qədər terror təşkilatı İŞİD-in irəliləyişini qarşısını almağı qarşısına məqsəd qoyduqlarını söylədi.
Diplomatik sahədə ilk uğurların əldə edilməsinə diqqət çəkən Siqmar Qabriel, problemin həllinin tapılmasının zaman alacağını qeyd edib.
Mülayim müxaliflər, Kürdlər və Suriya ordusunun bir razılığa gəldikdən sonra terror təşkilatına qarşı birgə mübarizə etməsi lazım olduğunu qeyd edən Qabriel, \”Birgə mübarizə başlayana qədər İŞİD-in nəzarət altında saxladığı torpaqları daha da genişləndirməsinə mane olmalıyıq\” dedi.

Tornadolar yola çıxır

İnterpress.az