Hadisə Yasamal rayonu Həsən bəy Zərdabi prospektində baş verib.
Avtomobillərin saxlanıldığı dayanacağa hücum edən şəxs və ya şəxslər qarət məqsədi ilə onların şüşələrini sındırıblar.
Lakin cəmi yalnız 2 avtomobildən 1 ətir və mobil telefon aparılıb.
Məlumata görə, adıçəkilən prospektdəki dayanacaqda saat 21:00-a kimi mühafizə olur. Hadisə isə gecə saatlarında baş verdiyi üçün bunu törədənləri görmək mümkün olmayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb.(anspress)
İnterpress.az