ABŞ tariflərlə bağlı danışıqlar aparmaq istəyən ölkələrə vaxt qoyub.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Birləşmiş Ştatlar tariflərlə bağlı danışıqlar aparmaq istəyən ölkələrdən çərşənbə gününə qədər təkliflərini təqdim etmələrini istəyib.
Tramp administrasiyası danışıqları 90 günlük güzəşt müddətinin başa çatdığı iyulun 8-dək başa çatdırmağa ümid edir. Lakin hələlik çərçivə razılaşması yalnız Böyük Britaniya ilə əldə edilib.
Xuraman Etibarlı
İnterpress.az