İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, NATO Baş Katibi Yan Stoltenberq, \”İŞİD-lə savaşmaq üçün Suriyaya hərbiçi göndərməyəcəyik!\” dedi. \”Bu müharibəni Müsəlmanlar üçün aparmayacağıq\”, – deyən Stoltenberqin din vurğusu çaşqınlıq yaratdı.
İsveç qəzeti \”Tages-Anzeiger\”-ə müsahibə verən NATO Baş Katibi, Suriyadakı qarşıdurmanın Qərb və İslam dünyası arasında bir müharibə deyil,\” radikalizm və terrorizmə qarşı müharibə olduğunu\” deyib.
Stoltenberq,\” Bu döyüşdə Müsəlmanlar ön cəbhədədirlər. Qurbanların çoxu müsəlmandır və İŞİDE-ə qarşı vuruşanların çoxu da müsəlmandır. Bu mübarizəni onlar üçün apara bilmərik\” şəklində danışdı.
Stoltenberq, \”Əsgəri qüvvə göndərmək variantı haqqında soruşulduqda,\” Bu, koalisiyanın və NATO müttəfiqlərinin gündəmində yoxdur. ABŞ-ın məhdud sayda xüsusi qüvvələri var. Ön planda olan şey isə, yerli qüvvələri möhkəmləndirməkdir. Bu asan deyil, lakin yeganə variant budur\” dedi.
Baş katib, \”Rusiya ilə yaşanan böhranın ardından NATO-nun Türkiyə hava müdafiə potensialını artırmasına kömək etdiyini xatırladaraq,\” Milad bayramından əvvəl\” İttifaqın Türkiyəyə qarşı bir tədbir paketi qəbul edəcəyini\” söylədi.
Türkiyə, NATO-nun müsəlman əhaliyə malik yeganə üzv ölkəsidir.
İnterpress.az